Patentləşdirilmiş texnologiyalarımız sayəsində Vinyl Flex döşəmələri asanlıqla döşənir. Quick-Step yapışqanlı PVX plitəsinin digər modul döşəmə örtükləri qarşısında bir sıra üstünlükləri var:
O, puzzle kimi – asan və tez yığılır.
Montaj işləri səs-küy və tozsuz keçir, əlavə montaj avadanlığı tələb etmir.
Bütün döşəməni sökmədən zədələnmiş taxtanı əvəz etmək asandır.
Quick-Step yapışqanlı PVX plitəsində biz Stain and Scratch Guard ləkə və cızıqlardan qorunmanın innovativ texnologiyasının tətbiqi ilə təkmilləşdirilmiş formulalı PU lakdan istifadə edirik.
Cızıqlardan qorunma
Qum, uşaq oyuncaqları, mebel kimi xarici təsirlərdən narahat olmaya bilərsiniz – Quick-Step döşəmələri uzun illər xidmət edəcək.
Ləkə və kirdən qorunma
Ləkələrdən narahat olmaya bilərsiniz, onlar nəm salfetdən istifadə etdikdə dərhal yox olacaq.
Təmizlik çətinlik yaratmayacaq.
Aşınmadan qorunma
İllər sonra döşəmələriniz yeni kimi görünəcək, öz ideal görünüşü ilə sevindirəcək.
Stain and Scratch Guard texnologiyası sayəsində döşəmə
örtüyünə qulluq etmək daha asandır, ləkələr asanlıqla yuyulur.
Bütün istismar müddəti ərzində ilkin görünüş saxlanılır.
MIX & MATCH – ağıllı split sistemdir ki, konstruktor kimi, bir məkanda döşəmə örtüyünün müxtəlif formalarını, fakturalarını və rənglərini asanlıqla və tez birləşdirməyə imkan verir, məkanda döşəmənin dizaynını fərdi kompozisiyaya çevirir.
MIX & MATCH – məkanın rayonlaşdırılması üçün unikal həll yoludur.